19.04.2023

Salyan regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Mərkəz vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, təhsil tələbə kreditinə elektron müraciət, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu xidmətlərindən yararlanmaq mümkündür.

Sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://asan.gov.az/.../elm-ve-tehsil-nazirliyi...