15.04.2023-cü il tarixdə Şirvan şəhər Gənclər Evində "Heydər Əliyev -100 ili"çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Kapital Bankın və Təhsil Oyunları Platformasının təşkilatçılığı ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatəsinə daxil olan ümumtəhsil məktəblərinin şagirdləri arasında "Nə? Harada?Necə?" intellektual bilik yarışı keçirilib. Yarışda 29 komanda olmaqla 174 şagird iştirak edib. Yarışın qalibi Şirvan şəhər 1 nömrəli tam orta məktəbin "Moonlight" komandası olub.