17.04.2023

2023-cü il “Heydər Əliyev ili” çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı uşaq yaradıcılıq festivalı keçirilmişdir.

Festivalda Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli,Salyan rayon YAP təşkilatının sədri Elmar Əhmədov ,Bakı şəhər 2 saylı, Sumqayıt şəhər 1və 2 saylı, Gəncə şəhər, Salyan, Göygöl, İmişli, Bərdə, Masallı, Cəlilabad, Beyləqan və Bakı şəhəri, Abşeron rayonunun Uşaq Gənclər İnkişaf Mərkəzlərinin şagirdləri iştirak etmişdir. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Festival dahi rəhbər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açan Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ulu Öndərin ömür yolunun, bioqrafiyasının tariximizin şərəf salnaməsi olduğunu bildirib, xalqın xilası, vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş tədbirlər keçirilir, xatirəsi dərin ehtiramla yad edilir.

Daha sonra festivala dəvət almış,regionlardan gələn dərnək üzvlərinin ifa etdikləri müxtəlif rəqslər,vətənpərvər ruhda səslənən musiqi nömrələri iştirakçılar tərəfindən yüksək alqışlarla qarşılandı.Festivalın sonunda regionlardan gələn direktorlar Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tərəfindən Fəxri Diplomlarla təltif edildi və mükafatlandırıldı.


Açar sözlər: ,