04.04.2023

Salyan rayon Sarvan kənd tam orta məktəbində şagirdlərlə görüşü təşkil olundu.

04.04.2023- cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, “ Bir Könüllü”Tələbələrin Əməkdaşlığı və İctimai Birliyinin təşkilatçılığı ilə, I Yüksəliş müsabiqəsinin qalibi Xamis Seyranovun məzunu olduğu Salyan rayon Sarvan kənd tam orta məktəbində şagirdlərlə görüşü təşkil olundu. Görüşdə ŞSRTİ müdiri Sənan Mənsimli, “ Bir könüllü” proqramının rəhbəri Leyla Zeynalova , Salyan rayon üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova və digər qonaqlar iştirak edirdilər.

Görüşdə Xamis Seyranov öz uğur hekayəsini şagirdlərlə paylaşdı , onlara gələcək həyatlarında uğur qazanmaları üçün tövsiyyələr verdi, şagirdləri maraqlandıran sualları cavablandırdı.


Açar sözlər: ,  ,