04.04.2023

Yeni təyin olunan direktorlar və direktor müavinləri ilə görüş keçirilib.

Şirvan -Salyan Regional Təhsil İdarəsinin inzibati binasında və direktor və direktor müavini vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə təyin olunmuş direktor və direktor müavinləri ilə görüş keçirilib.

Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarənin əməkdaşları, sektor müdirləri və yeni təyinat almış direktorlar iştirak ediblər.

Görüş müddətində əmək intizamı, məktəbəqədər, fərdi təhsil, ev təhsili, dərs bölgüsü, kadr işinin təşkili və digər mövzular barədə məlumat verilib.


Açar sözlər: ,  ,