03.04.2023

  Direktorların işə qəbuluna başlanılır

Şirvan-Salyan  Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Namizədlər 04-11 aprel tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək aşağıda qeyd olunan sənədləri Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Tələb olunan sənədlər:

- tərcümeyi hal

- şəxsiyyət vəsiqəsinin surəti;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- əmək kitabçasının surəti təsdiq olunmuş ( müəssisə rəhbəri tərəfindən)

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

 

Şagird sayı şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərə isə əvvəlcə test imtahanı, test imtahanından uğur qazanan namizədlərlə növbəti video-çəkiliş təmin edilməklə müsahibə mərhələsi təşkil ediləcəkdir.

 

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

 

Namizədlər üçün tələblər:

- Pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər.

 

Şirvan-Salyan  Regional Təhsil İdarəsinin tabeliiyində şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri barədə məlumatlara aşağıdakı keçid linki vasitəsilə tanış ola bilərsiz.

 

Keçid linki: https://docs.google.com/spreadsheets/d/1dFyXepihhIA8CcUqKy0-ehxRrcakQHD-/edit#gid=777316982

 

 


Açar sözlər: ,