30.03.2023

“Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə qeydiyyat davam edir

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən elan olunan “Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə qeydiyyat davam edir.

Müsabiqədə ali təhsilli,Şirvan-Salyan RTİ-nin əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan və minimum 3 il pedaqoji və ya maliyyə  stajına  malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Yuxarıdakı tələblərə cavab verən namizədlər aprel ayının 15-dək https://docs.google.com/forms/d/e/1FAIpQLSdFx6j4HBxuXX90BOmbJoAmeZBTgXv7IvaWZsVP4JgWJqRHFQ/viewform linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron qeydiyyatdan sonra test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq. İmtahan mərhələsində müvafiq keçid balını toplamış namizədlərin nəzəri və praktiki bilikləri (hüquq, kadr və maliyyə-təsərrüfat məsələləri, tədris prosesi) yazı işi (esse) mərhələsində yoxlanılacaq. Yazı işi (esse) mərhələsində uğur qazanmış şəxslər isə təlimlərə cəlb olunacaqlar.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları formalaşdırmaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək və təhsil sahəsində müxtəlif vəzifələr üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdən ibarətdir.


Açar sözlər: ,