28.03.2023

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər çərçivəsində Salyan rayon İcra Hakimiyyətinə "Müasir texnologiyaların tətbiqi korrupsiya qarşı ən effektiv mübarizə üsuludur " mövzusunda tədbir keçirildi.

Tədbirdə Salyan rayon Prokurorluğunun nümayəndəsi Salyan Təhsil Sektorunun müdiri Razıgül Dadaşova Salyan rayon Prokurorluğunun nümayəndəsi Toğrul Əhmədzadə, rayon İcra Hakimiyyətinin nümayəndəsi Rahab Əhmədov və məktəb direktorları iştirak etmişdir

Tədbirdə qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.


Açar sözlər: ,