26.03.2023

26 Mart 2023-cü il tarixində Biləsuvar rayonunda sərhədyanı zonada yerləşən məktəblərin şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Sərhəd "hərbi-idman oyununun 1-ci mərhələsi keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında keçirilən və Vətən sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərin sağlam ruhda tərbiyə edilməsində, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayan “Sərhəd” hərbi-idman oyunları hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində xüsusi yeri olduğu qeyd edilmişdir.

Keçirilən yarış mərhələsində komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması" və "Sıra hazırlığı" üzrə öz bacarıqlarını nümayiş еtdirmişlər.

Yarışlarda qalib olmuş komandalar cari ilin aprel ayında keçiriləcək “Sərhəd” hərbi-idman oyunlarının zona birinciliyində iştirak edəcəklər.

“Sərhəd” hərbi-idman oyunlarının təşkil olunmasının məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.


Açar sözlər: ,