16.03.2023

16 mart 2023-cü il tarixdə Şirvan–Salyan Regional Təhsil İdarəsi ATİAHİ-nın dəstəyi ilə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə adət-ənələrimizi əks etdirən Novruz bayramı tədbiri keçirilib.

Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli,

rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailəsi, müharibə iştirakçıları iştirak edib.

Tədbirdə məktəblilərin hazırladıqları bayram atributlarından ibarət sərgiyə baxış keçirilib və bayram tonqalı yandırılıb.

Qonaqlar qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra tədbir maraqlı konsert proqramı və rəqslərlə davam edib.

Sonda Vətən müharibəsində iştirak edən bir qrup müəllim Şirvan-Salyan Regional Təhsili İdarəsinin "Fəxri Fərmanı" ilə təltif edilib.


Açar sözlər: ,