17.03.2023

Martın 17-də Novruz bayramı ərəfəsində Salyan və Neftçala rayonu üzrə təhsil sektoru və ATİAHİ-nın dəstəyi ilə təhsil sistemində çalışan şəhid ailə üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Sənan Mənsimli bildirdi ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Qeyd etdi ki, I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Görüşdə iştirak edən qaziləri keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşüblər.


Açar sözlər: ,  ,