Görüşdə ilk olaraq çıxış edən ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva da öz növbəsində sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacağını diqqətə çatdırıb.
Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli sertifikatlaşdırma ilə bağlı görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb, təhsilverənlərə uğurlar arzulayıb.
Daha sonra müəllimlərlə mütəxəssislər tərəfindən görüş keçirilib, təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.