27.02.2023

“Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda “Dəyirmi masa” təşkil olunub.

Görüşlərdə rayon təhsil sektorunun müdirləri və məktəb rəhbərləri iştirak edib.

Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hər iki sənədin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini söyləyib. Bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi üzrə pilot layihəyə 20 ümumi təhsil müəssisəsi cəlb olunub.


Açar sözlər: ,  ,