09.02.2023

Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Neftçala rayon Təhsil sektorunun müdiri Nicat Cəfərov , sektorun əməkdaşları, Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin  müdirləri iştirak ediblər.

Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili,  buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, şagird davamiyyəti,valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu  digər məsələlər barədə danışılıb.

Daha sonra uşaq bağçalarında keçirilən monitorinqlərin nəticələri müzakirə edilib. Daha sonra bağçaların maddi texniki bazası, istilik vəziyyəti, ərzaq məsələsi, uşaqların qəbulu qaydaları  haqqında müzakirələr aparılıb.

Həmçinin müəssisə rəhbərlərinə işlərində məsuliyyətli olmaları, nöqsanlara və digər neqativ hallara yol verməmələri ilə əlaqəli tapşırıqlar verilib. Sonda müəssisə rəhbərlərinin problemləri və sualları dinlənilib. Bir çox məsələlərin həlli ilə əlaqədar aidiyyatı üzrə dərhal tapşırıqlar verilib və problemlərin həll edilməsi istiqamətində işlər görülüb.

Sonda ümumtəhsil məktəblərinin direktorlarının və məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin sualları cavablandırılıb və onlara müəyyən tövsiyələr verilib.


Açar sözlər: ,  ,