Metodistlər və ixtisas müəllimlərinin iştirak etdiyi görüşdə IV siniflər üzrə keçirilən monitorinqin nəticələri müzakirə edilib, eyni zamanda xarici dillər üzrə tədrisin keyfiyyətin artırılması istiqamətində təkliflər dinlənilib.
Çıxış edənlər ibtidai siniflərdə yuxarı siniflərlə müqayisədə sinif-dərs quruluşu, metod və tələblərin eyni olmadığı kimi dərsin tərbiyəedici məqsədindən, şagird-müəllim münasibətlərində müəyyən qədər fərqli cəhətlərin olduğundan bəhs edərək,
ibtidai siniflərdən başlayaraq şagirdlərə biliklər verməklə yanaşı onlarda müəyyən keyfiyyət və dəyərlərin formalaşmasına, təlimin tərbiyəedici xarakterinə xüsusi diqqət göstərmək lazım olduğunu qeyd edilib.
Şagirdlərdə imtahan vərdişlərinin artırılması və zəif nəticə göstərən şagirdlərin diqqətdə saxlanılması məktəb direktorlarının nəzərinə çatdırılıb .