Təşkil edilən yarışmada ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışmasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Heydər Əliyev ideyalarının gənc müəllimlər arasında təbliği, gənc müəllimlərin asudə vaxtının səmərəli təşkil edilməsi, eləcədə rayonda istedadlı gənc müəllimləri aşkar edilməsi olmuşdur.
Yarışda hər sektor üzrə 1 komanda iştirak etmişdir.İştirakçılara Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı suallar ünvanlanıb.
Sualların düzgün cavablandırılması münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İki mərhələdən ibarət olan yarışmanın yekun nəticələrinə əsasən
I yerdə Şirvan şəhər Təhsil Sektoru
II yerdə Hacıqabul rayon Təhsil Sektoru
III yerdə Neftçala rayon Təhsil Sektoru
yerdə qərarlaşıb.
Qalibləri təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.