02.11.2022

“Vətən yaxşıdır” adlı bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib

Noyabrın 2-də Salyan rayonunda “8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında “Vətən yaxşıdır” adlı bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib. 

 

Müsabiqədə 2 yaş qrupu üzrə 30 nəfər şagird iştirak edib. Kiçik yaş qrupu üzrə Qəfərli Əlişan I yerə, Ağazadə Ayla II yerə və Rzalı Məhsəti III yerə layiq görülüb. Böyük yaş qrupu üzrə Ağacanova Aysun I yerə, Qyliyeva Zabitə II yerə, Əhmədova Mehriban III yerə layiq görülüb.

 

Şagirdlərimizi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ incəsənətini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.


Açar sözlər: ,  ,