01.11.2022

Şagird-davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi mövzusunda dəyirmi masa təşkil olunub.

Şirvan-Salyan Regional Təhsil İdarəsində ümumi təhsil müəssisələrində şagird-davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi mövzusunda dəyirmi masa təşkil olunub.Tədbirdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın hazırlanma prosesi, məğzi və əhəmiyyətindən söz açılıb. Daha sonra müvafiq sənədlərlə bağlı müzakirə aparılıb, təklif və rəylər dinlənilib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"da davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakına və şəxsi əşyalara qayğı, etik davranış və digər məsələlər yer alıb.

 


Açar sözlər: ,  ,  ,