31.10.2022

Peşə təhsili ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi tərəfindən Biləsuvar, Hacıqabul, Salyan və Neftçala rayonlarında peşə təhsili ilə bağlı maarifləndirmə tədbirləri keçirib.

 

Tədbirlərdə şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verilib, doğru peşə seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü ilə bağlı məlumat verilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib.

 

Qeyd edək ki, keçirilən bu tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi yeniyetmələri peşə təhsili, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirməkdir. 


Açar sözlər: ,