Ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə namizədlərin seçimi prosesi Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqə 4 mərhələdən ibarət olacaq; qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə mərhələsi. Namizədlər sənədləri (şəxsiyyət vəsiqəsi, əmək kitabçası, ali təhsil haqqında sənədin və əlavənin surəti) müvafiq təhsili yerli idarəetmə orqanına təqdim etməlidir. Sənəd qəbulu 1-5 noyabr tarixlərində həyata keçiriləcəkdir.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
Tələblərə cavab verən namizədlər test mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar. Test mərhələsindən müvafiq balı toplamış namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Aşağıdakı keçid vasitəsilə direktor müavinləri vakant olan məktəblərlə tanış ola bilərsiz