Şirvan-Salyan RTİ-nin müdir müavini Rövşən Allahverdiyev və təhsildə keyfiyyət sektorunun aparıcı məsləhətçisi Varis Qasımlı Hacıqabul rayonunda ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə görüşüb. Görüşdə 2021/2022-ci tədris ilində IV siniflərdə aparılan milli qiymətləndirmənin nəticələri ibtidai sinif müəllimlərinin diqqətinə çatdırılıb. Nəticələrin yüksəldilməsi istiqamətində tövsiyələr verilib, müəllimlərin təklifləri dinlənilib.
Direktor və direktor müavinləri ilə məktəb sənədlərinin hazırlanması mövzusunda təlim keçirilib.