20.10.2022

İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda ümumi təhsil müəssisələrində olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda Xırmandalı kənd 1 nömrəli, 2 nömrəli və Bəydili kənd tam orta məktəblərində dərslərdə iştirak edib. Sənan Mənsimli təhsil müəssisələrinin rəhbər əməkdaşları, müəllimlər və şagirdlərlə birlikdə onları maraqlandıran mövzular ətrafında müzakirələr aparıb və məktəblərin tədris şəraiti, tətbiq olunan yeniliklərlə tanış olub. Məktəb kollektivi ilə səmimi söhbət edən idarə müdiri onların fikirlərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib. S.Mənsimli fikirlərində tədris nailiyyətləri ilə yanaşı,  məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılmasının zəruriliyinin əsas məsələlərdən olduğunu vurğulayıb.


Açar sözlər: ,  ,  ,