17.10.2022

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisəsinin rəhbərləri ilə görüş keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisəsinin rəhbərləri ilə görüş keçirilib.

 

ŞSRTİ-nin müdiri Sənan Mənsimli Şirvan şəhəri, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etmək, qarşıda duran strateji hədəflərlə bağlı söhbət aparılıb.

 

Daha sonra müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,