Sənan Mənsimli 10-12 oktyabr tarixlərində Şirvan şəhəri Biləsuvar Hacıqabul Neftçala və Salyan rayonlarında fəaliyyət göstərən gənc müəllimlərlə görüşlər keçirib.
S.Mənsimli ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdarə müdiri ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.
İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.