06.10.2022

Neftçala rayonunda monitorinqlər aparılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində monitorinqlərə başlanılıb. 4-6 oktyabr tarixlərində Neftçala rayonunda 4-cü siniflərdə diaqnostik qiymətləndirmə aparılıb.  Ümumi təhsil məktəblərinin direktorları, müavinləri və  4-cü sinifdə tədris aparan müəllimlər ilə görüş təşkil edilib. Görüşdə diaqnostik qiymətləndirmənin nəticələri müzakirə olunub, gələcək fəaliyyətin əsas istiqamətləri müəllimlərin diqqətinə çatdırılıb və onların təlim ehtiyacları öyrənilib. 


Açar sözlər: ,