28.09.2022

Nazir Salyanda vətəndaşları qəbul edib

Sentyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib. Qəbulda qeyd olunan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. 


Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 
 
Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.


Açar sözlər: