03.10.2022

Gənc müəllimlərə metodiki dəstək göstərmək məqsədi ilə təlim təşkil edilib

Hacıqabul rayon Təhsil Sektoru tərəfindən yeni fəaliyyətə başlayan müəllimlərə metodiki dəstək göstərmək məqsədi ilə təlim təşkil edilib. Təlim müddətində iştirakçılar müəllim-şagird-valideyn münasibətləri, sinfin idarəolunması, öyrədici təlim mühitinin yaradılması, şagirdlərdə zəruri bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, əlverişli təlim strategiyalarının tətbiqi, dərsdənkənar tədbirlərin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artıracaqlar.

 

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların adıçəkilən mövzular üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təşkil edilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.


Açar sözlər: ,  ,