Salyan Rayon Təhsil Şöbəsinin əməkdaşları və ümumi təhsil məktəblərinin direktorlarının iştirakı ilə şura iclası keçirilib.
İclası giriş sözü ilə açan Salyan Rayon Təhsil Şöbəsinin müdiri Razıgül Dadaşova rayon məktəblərində təhsil işçilərinin COVİD-19 pandemiyasına qarşı vaksinləşmənin III dozasını qəbul etməsi, məktəblərdə yaranmış vakant texniki iş yerlərini ilk növbədə şəhid, qazi və imkansız ailələrə təklif edilməsi, təlim-tərbiyə prosesinin, sənədləşmə işlərinin qaydaya salınması haqqında söhbət açdı.
Sonda iclas iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.