15.11.2021

Salyan rayon ümumtəhsil məktəblərinin şagirdləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsində iştirak ediblər

Salyan rayon ümumtəhsil məktəblərinin şagirdləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsində iştirak ediblər.

Noyabrın 6-da Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə start verilib.

Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.

İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunur.

Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, az təminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.


Açar sözlər: