04.11.2021

Salyan Rayon Təhsil Şöbəsinin növbəti onlayn iclası keçirilib

Salyan Rayon Təhsil Şöbəsinin əməkdaşları və ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə onlayn iclas keçirilib.

İclasa başlamazdan öncə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə açan Salyan Rayon Təhsil Şöbəsinin müdiri Razıgül Dadaşova iştirakçıları qarşıdan gələn “8 noyabr - Zəfər Günü”  münasibətilə təbrik edib.

İclasda rayon məktəblərində Zəfər Günü ilə əlaqədar tədbirlərin keçirilməsi, təhsil işçilərinin COVİD-19 pandemiyasına qarşı vaksinləşmənin III dozasını qəbul etməsi,  təlim-tərbiyə prosesinin, sənədləşmə işlərinin qaydaya salınması , Təhsil Nazirliyinin F-450 nömrəli əmrlərinin icra vəziyyəti, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması, Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasına istedadlı şagirdlərin cəlb olunması və digər cari məsələlər müzakirə edilib.

Sonda iclas iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.


Açar sözlər: ,