20.10.2021

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım günü qeyd olunub

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım günü qeyd olunmuşdur.

Salyan rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım gününə həsr olunmuş təbdir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, Xüsusi Təyinatlı Qüvvələrin əsgər və zabitləri, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri və şəhidin ailəsi iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin baçsısı Sevindik Hətəmov şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və Vətən qarşısındakı xidmətlərindən söz açmışdır. Tədbirdə şəhidin döyüş yoluna həsr olunmuş video-çarx və Salyan Dövlət Kukla teatrının aktyorlarının hazırladığı “Ölməzliyə gedən yol“ adlı səhnəcik nümayiş olunmuşdur.


Açar sözlər: