19.10.2021

Salyan rayon məktəbində şəhidimizin anım günü keçirilib

Salyan rayon N.Xəlilov adına Qarabağlı-1 kənd tam orta məktəbin kollektivi şəhid Elmar Daşdəmirovun Anım Günü ilə əlaqədar olaraq məktəbin akt zalında tədbir keçirmişdir. Tədbirdə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ruhları 1dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdəəllimlər çıxış edərək Azərbaycan xalqının necə vətənpərvər, necə qürurlu xalq olduğunu,Vətəni uğrunda,onun torpaqlarının azadlığı uğrunda necə döyüşdüyünü şagirdlərə çatdırdılar. Daha sonra kollektiv şagirdlərlə birlikdə Şəhidin məzarı üstünə əklil qoyaraq şəhidin məzarını ziyarət edib.


Açar sözlər: ,  ,