12.10.2021

Peşə təmayüllü siniflərdə dərslər davam edir

Salyan rayon İ.Həsənov adına Sarvan kənd tam orta məktəbin peşə təmayüllü siniflərində  şagirdlər ixtisas dərslərində həvəslə iştirak edirlər.

Qeyd edək ki, Peşə təmayyüllü siniflər 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə fəaliyyətə başlamışdır. 2020-2021-ci tədris ilində 15 yeni sinif açılmaqla “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatəsi daha da genişləndirilib. Hazırda layihə 28 şəhər və rayonda 35 məktəb, 55 sinif, 1187 şagird, 165 müəllim heyəti ilə tədris prosesini davam etdirir. 2021-2022-ci tədris ilində respublika üzrə peşə təmayüllü siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə 2500-ə çatdırılması planlaşdırılır.


Açar sözlər: ,  ,