22.09.2021

2021-2022-ci tədris ilinin ilk dərs günü başlayıb

2021-2022-ci tədris ilinin I-IV sinif şagirdləri üçün ilk dərs günü başlayıb.

Belə ki, I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci dərs ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Salyan rayon ümumtəhsil məktəblərinin I siniflərində 2038 şagird , ümumilikdə I-IV siniflər üzrə isə 8259 şagird təhsil almağa başlayıb.


Açar sözlər: ,  ,  ,