12.07.2021

Salyan Rayon Təhsil Şöbəsində "Fərqlənmə" attestatları təqdim olunub

Salyan Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 2020-2021-ci tədris ilində IX sinif üzrə 1651 və XI sinif üzrə 1035 nəfər bitirib. Onlardan 31 nəfər ümumi orta təhsil səviyyəsi üzrə , 12  nəfər isə tam orta təhsil səviyyəsi üzrə olaraq 43 nəfər təhsilini fərqlənmə attestatı ilə başa vurub.

2020-2021-ci tədris ilini bitirən 11-ci sinif məzunlarına Salyan RTŞ-nin müdiri X.Piriyev tərəfindən şəkildə"Fərqlənmə" attestatları təqdim edilib.


Açar sözlər: ,