18.06.2021

“Yay məktəbi”nə  valideyn ərizəsi davam edir 

Salyan Rayon Təhsil Şöbəsinin  tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən “Yay məktəbi”nə şagird qəbulu hələ də davam edir.

 

Qeyd edək ki, "Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.  I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.


Açar sözlər: ,  ,  ,