14.06.2021

Məktəblərdə "Son Zəng" tədbiri keçirilib

Salyan rayon ümumtəhsil məktəblərində “Son Zəng” tədbiri keçirilib.

Tədbirdə Salyan rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, məhdud sayda müəllimlər və məzunlar iştirak ediblər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir məzunların şəhidlərin xatirəsinə hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,