10.06.2021

5 olimpiada qalibimiz "Fəxri Fərman" təltif olunub

2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Salyan rayonu üzrə 5 medal qazanan şagirdimiz var. Onlardan 2 nəfər qızıl, 1 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazanıb. Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinə Salyan rayonu üzrə 10  şagirdimiz iştirak etmiş, onlardan 5-i medal qazanmışdır.

Salyan Rayon Təhsil Şöbəsinin akt zalında Rayon Təhsil Şöbəsinin müdiri X.Piriyev və Metodkabinetin direktoru Y.Cəfərova Respublika Fənn Olimpiadasının yarımfinal və final qaliblərini fəxri fərmanla təltif etmişlər.

Salyan Təhsil Şöbəsi adından şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,