09.06.2021

Peşə təmayüllü sinif şagirdlərinin bir qrupu  praktik dərsdə iştirak edib

Salyan rayon İ.Həsənov adına Sarvan kənd tam orta məktəbin "Aşpaz köməkçisi" ixtisasında təhsil alan peşə təmayüllü sinif şagirdlərinin bir qrupu "Hacıoğlu" restoranında praktik dərsdə iştirak etdilər. Praktik dərs zamanı restoranın baş aşpazı Zülfi bəy şagirdləri maraqlandıran suallara cavab verdi. Sonda şagirdlərimiz aşpazla birgə "Beşəməl souslu musakka" yeməyi hazırladılar.


Açar sözlər: