04.06.2021

Şagirdlərimiz fənn olimpiadasında yer qazanıb

Fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb.

Turun nəticələrinə əsasən coğrafiya fənni üzrə yuxarı yaş qrupundan Y. Qasımov adına 4 saylı tam orta məktəbin XI sinif şagirdi Bədəlov Əflan Aslan oğlu  I yer , Piratman Gəncəli tam orta məktəbin XI sinif şagirdi Həmzəyev Riyad Cəmil oğlu III yer, aşağı yaş qrupundan 2 saylı tam orta məktəbin IX sinif şagirdi Əsgərov Mirəsgər Sahil oğlu II yer , fizika fənni üzrə aşağı yaş qrupundan Texniki fənlər təmayüllü 7 saylı məktəb-liseyin IX sinif  şagirdi Quliyev Fərid Zaur oğlu I yer və biologiya fənni üzrə yuxarı yaş qrupundan 2 saylı tam orta məktəbin X sinif şagirdi Əlizadə Kənan Hikmət oğlu III yerə layiq görülüb.

Salyan Rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayır.


Açar sözlər: ,