Salyan rayonun ümumtəhsil məktəblərində monitorinq keçirilmişdir. Monitorinqdə Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev , aparıcı məsləhətçilər Mehrinur Nağıyeva və Aytən Hacıyeva iştirak etmişlər.
Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.