18.05.2021

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Salyan şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru A. Əsgərova, direktor müavinləri , məktəbin bir neçə müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranma tarixindən , müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrdən söhbət açılıb.


Açar sözlər: ,  ,  ,