27.04.2021

Alternativ məktəblər fəaliyyətə başlayıb

Salyan Rayon Təhsil Şöbəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

 

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:

 

1.Şəhər 2 saylı tam orta məktəb-021-255-14-77;

2. Şəhər 4 saylı tam orta məktəb-021-255-24-87;

3. Arbatan kənd tam orta məktəb-021-255-60-61;

4. Sarvan kənd tam orta məktəb;

5. Yenikənd  kənd tam orta məktəb;

6. Kərimbəyli kənd tam orta məktəb.

 Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.

 


Açar sözlər: ,