Salyan Rayon Təhsil Şöbəsinin növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan RTŞ-nin müdiri Xudaverdi Piriyev qeyd etdi ki, davamlı əyani təhsilə keçmək üçün təhsil müəssisələrində çalışanların vaksinasiya olunması zəruridir. Təhsil işçilərin böyük əksəriyyəti peyvənd olunmuşdur və bu proses davam edir. Yoluxma qeydə alınmış müəllimlərin dərs dediyi siniflər distant təhsilə keçirilir ki, bu da təhsilin keyfiyyətinə təsir edir.
22.04.2021-ci il tarixdə buraxılış sinifləri üçün keçiriləcək imtahanlardan danışan X.Piriyev bildirdi ki, bu imtahanlarda bütün şagirdlər iştirak etməlidir. Məktəb direktorları bu şagirdlərin buraxılış imtahanlarında iştirakını təmin etməlidirlər. Sonda metodkabinetin direktoru Y.Cəfərova VII-X sinif şagirdləri arasında keçirilən şeir,musiqi yarışması haqqında məktəb rəhbərlərinə məlumat verdi.