26.04.2021

Respublika fənn müsabiqələrinin rayon(şəhər) mərhələsi keçirilir

26-27 aprel tarixlərində ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirilir.

Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilir. Müsabiqədə 6-cı siniflər yalnız riyaziyyat və ya informatika fənlərindən biri üzrə, 7-ci siniflər isə yalnız kimya, fizika və ya biologiya fənlərindən biri üzrə iştirak edə bilərlər.

 Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.


Açar sözlər: ,  ,  ,