Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Salyan rayon Təhsil Şöbəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədbirlər keçirilir.
Tədbirlərin təşkil edilməsində əsas məqsəd şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.
Tədbirlərdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib.