Salyan RTŞ-də "Döyüş və siyasi meydanda qazandığımız Qələbə" adlı tədbir keçirilib.
Tədbirdə RTŞ-nin müdiri X.Piriyev, RTŞ-nin əməkdaşları və məktəb rəhbərləri iştirak etmişdir. Tədbirdə Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsinin uğurla yekunlaşmasından, ölkə başçısının işğaldan azad edilmiş ərazilərimizə səfərlərindən , tarixi ədalətin bərpasından, Azərbaycan ordusunun göstərdiyi fədakarlıqdan söhbət açılmışdır.