10.03.2021

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib 

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Respublika fənn olimpiadasının şəhər mərhələsində Salyan şəhəri üzrə 191 nəfər iştirak edib. Yarımfinal turu Salyan şəhər  2 saylı tam orta məktəbdə təşkil edilib.

Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. İnformatika fənni üzrə yarımfinal turu isə  martın 8-də təşkil olunub.

Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: ,  ,