26.02.2021

Xocalı soyqırımına həsr olunmuş onlayn iclas keçirilib

25 fevral 2021 -ci il tarixində rayonun ümumtəhsil məktəb direktorları ilə onlayn iclas keçirilmişdir. İcalası giriş sözü ilə Salyan RTŞ-nin müdir müavini Quliyeva Kubra başlamışdır. "Xocalı soyqırımı" şəhidlərinin əziz xatirəsini 1dəqiqəlik sükutla yad etdikdən sonra məktəb rəhbərlərinə qan yaddaşımız olan Xocalı soyqırımı barədə şagirdləri məlumatlandırmaq , ilk dərsi Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilməsi tapşırılmışdır. İclasda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Rzayeva Sehranə,4 saylı tam orta məktəbin tarix müəllimi Əsgərova Fərqanə və 4 saylı tam orta məktəbin direktoru Gülər müəllimə çıxış etmişlər.


Açar sözlər: