Salyan şəhər 2 saylı tam orta məktəbində 12.02.2021-c il tarixdə Respublika Fənn Olimpiadasının rayon mərhələsi keçirilib. Fənn Olimpiadası pandemiya qaydalarına uyğun təşkil edilmişdir.
Respublika Fənn Olimpiadasının rayon mərhələsinin 1-ci günündə riyaziyyat və kimya fənni üzrə 102 şagird, 2-ci günündə fizika , coğrafiya, biologiya, informatika fənni üzrə 54 şagird, 3-cü günündə isə Azərbaycan dili və ədəbiyyat, tarix fənni üzrə 88 şagird iştirak edib.
Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları "Kapital Bank"ın baş sponsorluğu ilə həyata keçirilir